Baş xəbər, Dünya
04.11.2019 / 02:10

Tramp Zelenskiyə qədər Ukraynaya nifrət edib?

Tramp Zelenskiyə qədər Ukraynaya nifrət edib?
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşənədək bu ölkəyə nifrət edib.

İnform.az-ın axar.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Vaşinqton Post” yazıb.

Məlumata görə, Zelenski ilə görüşə qədər Tramp Ukraynanın demokratlarla və onun 2016-cı il seçkilərindəki əsas rəqibi Hillari Klintonla əlaqədə olduğuna inanıb.

Tramp bir çox hallarda Ukraynanın ABŞ prezidenti və onun siyasətinə zərər vuracağını güman edib.

Ağ Ev rəsmiləri isə Trampın Zelenski ilə görüşə razılıq verməsindən sonra fikirlərinin köklü şəkildə dəyişdiyini söyləyib. Belə ki, Tramp Zelenskinin xarizmasını bəyənib.


İnform.az

Baxış sayı: 41