Dünya
04.11.2019 / 01:50

Oktyabrın sonunda toqquşmalarda 86 nəfər həlak olub- Efiopiyada

Oktyabrın sonunda toqquşmalarda 86 nəfər həlak olub-
Ötən ayın sonunda Efiopiyada baş verən toqquşmalarda ən azı 86 nəfər həlak olub.

İnform.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Efiopiyanın Baş Naziri Abiya Əhməd deyib.

A. Əhməd bildirib: "Ölənlərin 82-si kişi, 4-ü isə qadındır. Onların əksəriyyəti Oromiya və Amxara əyalətlərinin sakinləri olub. Həlak olanların arasında həm xristianlar, həm də müsəlmanlar olub. Biz irəliyə addım atarkən bizi keçmişə qaytarmaq istəyən qüvvələri durdurmalıyıq".

Daha əvvəl Efiopiya hökuməti toqquşmalarda həlak olanların sayını 78 olduğunu bildirmişdir.


İnform.az

Baxış sayı: 49