Maraqlı
04.11.2019 / 01:10

Yaddaşını itirən arvadını özünə aşiq etdi və...

Yaddaşını itirən arvadını özünə aşiq etdi və...
Dörd uşağı olan cütlüyün bir-birlərinə olan sevgisinə hər kəs qibtə ilə baxırdı.

İnform.az-ın axşam.az-a istinadən verdiyi xəbərə görə, onların xöşbəxtliyi uzun sürmür. 2009-cu ildə avtomobil qəzası keçirən qadın yaddaşını itirir. O, özünə gəldiyi zaman ərinə ilk sualı "sən kimsən?" olur.

Həkimlər bu halın geriyə dönüşü olmadığını və Şaronun hər şeyi yenidən öyrənməli olduğunu bildirir. Lakin Rob vaz keçmir və xanımını yenidən özünə aşiq etməyi bacarır.

Toylarını xatırlamayan Şarona ərinin bir sürprizi daha vardı. Rob 10 il sonra qadına yenidən evlənmə təklif edir. Bu dəfə cütlüyün toyunda onların övladları da iştirak edirdi.


İnform.az

Baxış sayı: 148