Baş xəbər, Sosial
16.10.2019 / 11:15

Prezident Administrasiyasının sektor müdiri Gəncədə sakinlərlə görüşüb/ FOTO

Prezident Administrasiyasının sektor müdiri Gəncədə sakinlərlə görüşüb/
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov sakinlərlə görüşüb.

Tədbirdə şəhərdə fəaliyyət göstərən müxtəlif idarə, təşkilat və müəssisə rəhbərləri də iştirak ediblər. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılması üçün müvafiq tapışırıqlar verilib.

Ara küçələrin asfaltlanması, gecə işıqlanma sisteminin qurulması, çoxmənzilli binaların dam örtüyünün yenilənməsi, uşaqlar üçün oyun meydançalarının yaradılması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

Sakinlərə cavab olaraq bildirilib ki, son aylar ərzində şəhərin əksər əsas küçələri asfaltlanıb. Hazırda Gəncənin su təsərrüfatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəfləyən layihə davam etdiyindən, o iş də buna müvafiq olaraq mərhələli şəkildə həyata keçirilir. Asfaltlanan küçələrdə gecə işıqlanması sistemi də yenidən qurulur.

Çoxmənzilli binaların dam örtüyünün yenilənməsi, binaların fasadlarının təmiri, istismar müddətini başa vurmuş liftlərin yenilənməsi işləri də mərhələli şəkildə həyata keçirilir.

Görüşdə iştirak edənlər şəhərdə olan təhlükəli ağacların kəsilməsini, Vəli Xuluflu küçəsi və Məhsəti qəsəbəsinin nəqliyyat probleminin aradan qaldırılmasını da xahiş ediblər. “AzTelecom” internet provayderinin zəif işləməsindən şikayətlənənlər də olub. Görüşdə qeydiyyatsız evlərin sənədləşdirilməsi məsələsi də müzakirə olunub.

Sakinlərə bildirilib ki, hazırda Kəpəz və Nizami rayon icra hakimiyyətlərində bu iş üzrə çalışan komissiya yaradılıb və mövcud problemin aradan qaldırılması istiqamətində iş aparılır.

Sakinlər öz şəxsi problemlərini də dilə gətiriliblər. Səsləndirilən əksər problemlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, sakinlərlə görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Əsas məqsəd sakinlərin problemlərini öyrənmək və qısa vaxt ərzində onları aradan qaldırmaqdır.

Prezident Administrasiyasının sektor müdiri Gəncədə sakinlərlə görüşüb/


Prezident Administrasiyasının sektor müdiri Gəncədə sakinlərlə görüşüb/


Prezident Administrasiyasının sektor müdiri Gəncədə sakinlərlə görüşüb/


Prezident Administrasiyasının sektor müdiri Gəncədə sakinlərlə görüşüb/



İnform.az

Baxış sayı: 118