Mənim polisim, Baş xəbər, Hüquq
16.10.2019 / 11:40

"Axtarışda olduğuna görə, ümumilikdə 13 nəfər saxlanılıb"- DİN-nin məlumatı

"Axtarışda olduğuna görə, ümumilikdə 13 nəfər saxlanılıb"-2019-cu il oktyabr ayının 15-dən 16-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.


İnform.az

Baxış sayı: 53