Sosial
16.10.2019 / 17:00

2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı iləaidiyyəti qurumların nümayəndələrindən ibarət tərkibdə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə İnform.az-a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi​ndən məlumat verilib.

Məlumata görə, iclasda Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda dayanıqlı xarakter alan inkişaf prosesləri, sosial ödənişlərin artırılması sahəsində atılan mühüm addımlar ölkəmizin əmək bazarının əmək miqrantları üçün cəlbediciliyini də artırıb.

Hər il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər də ölkəmizin iqtisadi inkişaf tendensiyaları, əmək bazarı ilə bağlı məlumatlar təhlil edilməklə, mövcud əmək ehtiyatlarıvə işçi qüvvəsinə tələbatnəzərə alınmaqla hazırlanır.

Nazir qeyd edib ki, bu zaman vakansiyaların ilk növbədə müvafiq peşə hazırlığına, əmək bacarıqlarına malik olan yerli işçi qüvvəsi üçün istifadə olunması prinsipi üstünlük təşkil edir. Yerli işçi qüvvəsinin iddia etmədiyi boş iş yerlərinin mövcudluğu,işçi qüvvəsinə olan ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi imkanı, habelə müvafiq iş sahələrinə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyikimi amillər əsasında kvota üzrə təkliflərin hazırlanması həyata keçirilir.

S.Babayevaidiyyəti dövlət orqanlarından daxil olan məlumatlar əsasında icmal hazırlandığını, müzakirə üçün Komissiya üzvlərinə təqdim olunduğunu deyib.

İclasda 2020-ci il üçün əmək miqrasiyası kvotası üzrə təkliflərlə bağlı geniş müzakirələr aparılıb. 2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarı ilətəsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən, əmək miqrasiyası kvotası - təqvim ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.


İnform.az

Baxış sayı: 110