Sosial
16.10.2019 / 15:30

6350 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib- 9 ay ərzində

6350 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib-
Bu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 6350 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi​ndən İnform.az-a verilən məlumata görə, 2019-cu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 6350 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.

Onlardan 4749-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər.

Bu kateqoriyadan olan şəxslərinsağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks reabilitasiya işləri aparılıb.

Cari ilin yanvar-sentyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 6336 əlilliyi olan şəxsə 20 minədək reabilitasiya vasitəsi, o cümlədən 809 əlil arabası verilib.


İnform.az

Baxış sayı: 113