Dünya
16.10.2019 / 19:30

Leysan yağışları İrana 50 milyon dollara yaxın ziyan vurub

Leysan yağışları İrana 50 milyon dollara yaxın ziyan vurub
Son leysan yağışları nəticəsində İranın şimalında yerləşən Gilan vilayətinə 2 trilyon rialdan çox (təxminən 47,7 milyon dollar) ziyan dəyib.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu İranın Gilan vilayətinin valisi Arslan Zare deyib.

A.Zarenin sözlərinə görə, vilayətin 14 rayonunun infrastrukturuna, yaşayış və ticarət binalarına, kənd təsərrüfatı sektoruna ciddi ziyan dəyib.

Vali əlavə edib ki, təkcə vilayətin Əmləş rayonunda 15 saat ərzində 250 millilitr yağış düşüb.

Qeyd edək ki, 13 oktyabrda İranın Gilan vilayətində leysan yağışları nəticəsində bir neçə körpü dağılıb. Yağışlar nəticəsində 1 nəfər itkin düşüb.


İnform.az



Baxış sayı: 172