Mənim polisim, Hüquq
08.10.2019 / 23:40

Polislər vətəndaşın həyatını xilas etdilər- Hacıqabulda

 Polislər vətəndaşın həyatını xilas etdilər-
Hacıqabul RPŞ DYPB-nin əməkdaşları vətəndaşın həyatını xilas ediblər.

Dİn-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Hacıqabul RPŞ DYPB-nin əməkdaşları vətəndaşın həyatını xilas ediblər.

Belə ki, polis əməkdaşları ərazidə xidmət apararkən avtomobili nasaz vəziyyətdə olan vətəndaş onlardan kömək istəyərək maşında bir qadının özünü pis hiss etdiyini bildirib.

Polis əməkdaşları dərhal həmin qadını xəstəxanaya çatdırıblar.

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadının səhhəti tamamilə normallaşıb.


İnform.az

Baxış sayı: 143