Türk dünyası
09.10.2019 / 01:00

İraq və Suriya sərhədlərində əməliyyatlar üzrə səlahiyyətlər Türkiyə Parlamentində bir il uzadıldı

İraq və Suriya sərhədlərində əməliyyatlar üzrə səlahiyyətlər Türkiyə Parlamentində bir il uzadıldı
Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında İraq və Suriyada transsərhəd əməliyyatlar üzrə prezidentin səlahiyyətlərinin bir il uzadılması müzakirə edilib və təsdiqlənib.

İnform.az APA-nın məlumatına istinadən bildirir ki, oktyabrın 4-də parlamentə təqdim olunan sənədlər toplusunda Türkiyənin cənub sərhədləri, Türkiyənin İraq və Suriya bölgələrindəki qonşu sərhədyanı ərazilərində milli təhlükəsizliyin risk altında olması, bu risklərin getdikcə artması səbəbindən müdafiəni gücləndirmək üçün prezidentin səlahiyyət müddətinin 1 il uzadılması zəruriliyi bildirilib və Türkiyə Silahlı Qüvvələrinə sözügedən ərazilərdə əlavə səlahiyyətlər verilməsi istənilib.

Parlamentin Baş Məclisində Xalqların Demokrat Partiyası (HDP) xaric bütün partiyalardan təmsil olunan millət vəkilləri sənədin lehinə səs verib.

Həmçinin aparıcı müxalifət partiyalarından Cümhuriyyət Xalq Partiyası və İyi Partiya liderləri də sənədin təsdiqini dəstəkləyib



İnform.az

Baxış sayı: 96