Sosial
02.10.2019 / 17:30

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə növbəti görüş olub/ FOTO

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə növbəti görüş olub/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının ölkəmizdə səfərdə olan “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə növbəti görüş olub.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi​ndən İnform.az-a verilən məlumata görə, görüş zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası milli iqtisadiyyatın dayanıqlı inkişafı, xüsusilə uğurlu iqtisadi şaxələndirmə əsasında yeni iş yerlərinin açılmasının davamlı xarakter almasına imkan verib.

Qeyri-neft sektorunun genişlənməsi, biznes mühitinin yaxşılaşması, sahibkarlığın dəstəklənməsi tədbirləri ölkədə məşğulluq imkanlarının artmasına şərait yaradıb.

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyasının rəhbəri, aparıcı iqtisadçı Sandor Karaçoni və baş iqtisadçı Maddelena Honorati layihənin icrası üçün görüləcək işlərdən, planlardan danışıb.

Layihə əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi, işsizlərin özünüməşğulluq proqramında iştirak imkanlarının müəyyənləşdirilməsi, iştirak imkanları olanlar üçün isə təlim proqramlarının hazırlanması və təlimlərin təşkili, uğurlu biznes ideyalarına malik olanların aktivlərlə təminatı, proqram iştirakçılarının fəaliyyətinin dövri monitorinqi və s. istiqamətlərdə öz dəstəyini göstərəcək.

Görüş zamanı layihə üzrə ilkin qiymətləndirmə, əmək bazarının təhlili, proqramda iştirak imkanları, təlimçilərin təlimlərə cəlb edilməsi, mərhələlər üzrə görüləcək işlər, bu sahədə idarəetmə məsələləri və s. müzakirə olunub.

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə növbəti görüş olub/


Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə növbəti görüş olub/



İnform.az

Baxış sayı: 97