Sosial
02.10.2019 / 18:30

ADRA kollektivi Beynəlxalq Ahıllar Gününü onlarla birgə qeyd edib/ FOTO

ADRA kollektivi Beynəlxalq Ahıllar Gününü onlarla birgə qeyd edib/Yaşlı nəslə hörmət və ehtiram xalqımıza məxsus qədim dəyərlərdəndir.

Xalqın milli ruhunu və mənəvi zənginliyini məhz onların timsalında duyuruq.

1 oktyabr –Beynəlxalq Ahıllar Günü münasibəti ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin kollektiviƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında olub.

ADRA-nın İctimaiyyətlə Əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, görüşdə yaşlıların ilin hər günündə diqqət və qayğıya layiq olduqları və ADRA kollektivinin bu əlamətdar tarixdə yaşlı nəslin nümayəndələri ilə birlikdə olmaqdan məmnunluq hissi keçirdiyi vurğulanıb.

Qeyd edilib ki, Prezident cənab İlham Əliyevinvə birinci vitse-prezident Mehriban xanım Əliyevanıngöstərişi ilə Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır və onlar daimadövlətin diqqətindədirlər.

Müəssisənin sakinləri göstərilən yüksək qayğıya görə təşəkkürlərini bildiriblər. Daha sonraAgentlik nümayəndələri sakinlərə sovqat təqdim ediblər.

Qeyd edək ki, BMT Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il 1 oktyabr bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir.

ADRA kollektivi Beynəlxalq Ahıllar Gününü onlarla birgə qeyd edib/

İnform.az

İnform.az

Baxış sayı: 98