Baş xəbər, Dünya
02.10.2019 / 05:00

Tramp impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb

Tramp impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb ABŞ prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.

İnform.az "Report"-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter"dəki səhifəsində yazıb.

"Mən hər gün daha çox bildikcə, o nəticəyə gəlirəm ki, olanlar impiçment deyil, insanlardan hakimiyyəti, onların səslərini, azadlıqlarını, onların ikinci düzəlişini (Konstitusiyaya-red), dini, silahlı qüvvələri, sərhəddə (Meksika ilə sərhədi-red) divarı və Amerika Birləşmiş Ştatları vətəndaşlarına Allah tərəfrindən verilən hüququ almaq üçün nəzərdə tutulmuş çevrilişdir", - deyə o özünün "Twitter"dəki səhifəsində yazıb.



İnform.az

Baxış sayı: 101