Maqazin
02.10.2019 / 03:30

Azərbaycan əsilli qardaşların ifası “Yandex”də rekord qırır/ VİDEO

Azərbaycan əsilli qardaşların ifası “Yandex”də rekord qırır/
Rusiyanın Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində yaşayan Rauf və Faiq Mirzəyev qardaşlarının oxuduğu “Uşaqlıq” mahnısı “Yandex”də ən çox axtarılan üç mahnıdan birdir.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, mahnı Rusiyanın Yandeks axtarış sistemində il ərzində ən çox axtarılan ikinci mahnıdır.

Birinci yeri Ukraynanın Kazka qrupunun “Ağlamışdım” (Plakala) mahnısı tutub. Üçüncü yerdə Tima Belorusskinin “Unitmaməni çiçəyi”, (“Nezabudka”) mahnısıdır.

Rauf və Faiq Mirzəyev qardaşları əslən azərbaycanlıdırlar. 1999-cu ildə Rusiyanın Udmurtiya Respublikasının mərkəzi İjevsk şəhərində doğulublar. “Mən səni sevirəm” adlı ilk albomları 2018-ci ildə işıq üzü görüb.





İnform.az

Baxış sayı: 111