Dünya
02.10.2019 / 03:15

KXDR növbəti ballistik raket buraxıb - KİV

KXDR növbəti ballistik raket buraxıb -
Koreya Xalq Demokratik Respublikası (KXDR) çərşənbə günü Yapon dənizinə tərəf raket buraxıb.

İnform.az bildirir ki, "Report" NHK telekanalına istinadən xəbər verib.

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, hazırda Yaponiyaya birbaşa heç bir təhlükə yoxdur.

Koreya Respublikası Qərargahları Rəisləri Komitəsinə istinad edən "Yonhap" agentliyinin məlumatına görə, raket buraxılışı Vonsan limanı ərazisində həyata keçirilib.

Hazırda raket sınağı ilə bağlı ətraflı informasiya verilmir. KXDR son zamanlar tez-tez kiçik mənzilli ballistik raketlərin sınağını keçirir.


İnform.az

Baxış sayı: 109