Elm-təhsil
01.10.2019 / 11:10

Dövlət İmtahan Mərkəzinin internetresursları birincilər sırasında

Dövlət İmtahan Mərkəzinin internetresursları birincilər sırasındaDövlət İmtahan Mərkəzinin internetresursları ən çox istifadəçi müraciətləri qeydəalınan saytlar siyahısında birincidir.

Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanlarının və digər qurumların internet informasiya resurslarından istifadə üzrə 2019-cu ilin üçüncü rübünün statistikasını açıqlayıb.

2019-cu ilin 3-cü rübü üzrə dövlət orqanlarının və digər qurumların rəsmi internet resurslarından istifadəçilərin sayına görə Dövlət İmtahan Mərkəzinə məxsusinternet domenləri (tqdk.gov.azdim.gov.az) ilk sıralarda qərarlaşıb.

Belə ki, tqdk.gov.az domeni həm toplam, həm də unikal giriş sayına görə 1-ci yerdədir. Dim.gov.az domeni isə unikal giriş sayına görə “tqdk.gov.az”dan sonra ikinci, toplam giriş sayına görə 3-cü pillədə qərarlaşıb.

Ümumi siyahı ilə buradan tanış ola bilərsiniz.


İnform.az

Baxış sayı: 87