Sağlamlıq
01.10.2019 / 12:00

AQTA Sumqayıtda istixana komplekslərinin sahibləri ilə görüş keçirib- FOTO

AQTA Sumqayıtda istixana komplekslərinin sahibləri ilə görüş keçirib-
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Sumqayıt şəhərində istixana komplekslərinin rəhbərləri ilə görüş keçiriblər.

AQTA-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüşdə istixanalarda fitosanitar tədbirlərin həyata keçirilməsi, yüksək toksiki ekoloji təhlükəli preparatların tətbiqi, ixrac qaydaları və bu sahədə mövcud qanunvericiliyin tələbləri ilə bağlı məlumat verilib.

Sahibkarlara vəzifə və öhdəlikləri, fitosanitar sertifikatların verilməsi, istixanalarda pestisidlərin tətbiq zamanı sanitar-gigiyenik qaydalara əməl olunması, pomidor zərərvericiləri, xəstəlikləri və onlarla mübarizə yolları haqqında fikir mübadiləsi aparılıb və sahibkarlara metodiki tövsiyələr verilib.

AQTA Sumqayıtda istixana komplekslərinin sahibləri ilə görüş keçirib-


AQTA Sumqayıtda istixana komplekslərinin sahibləri ilə görüş keçirib-


AQTA Sumqayıtda istixana komplekslərinin sahibləri ilə görüş keçirib-



İnform.az

Baxış sayı: 42