Baş xəbər, İqtisadiyyat
01.10.2019 / 15:40

Pərviz Şahbazov Rusiyada səfərdədir

Pərviz Şahbazov Rusiyada səfərdədirEnergetika naziri Pərviz Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvaya səfər edib.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, P.Şahbazov oktyabrın 3-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə, həmçinin “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək.

Energetika nazirinin hər iki tədbirdə çıxışı nəzərdə tutulub.


İnform.az

Baxış sayı: 85