Sağlamlıq
01.10.2019 / 10:15

AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 1573 müraciət daxil olub- Sentyabrda

AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 1573 müraciət daxil olub-
2019-cu ilin sentyabr ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1573 müraciət daxil olub.

Qurumun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb.

Bütün hallarda müraciətlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-ı işə qəbulla, 730-u isə digər xarakterli müraciətlər olunub.



İnform.az

Baxış sayı: 90