Baş xəbər, İdman
01.10.2019 / 14:10

Federasiya prezidenti rəsmi şəxslərlə görüşüb- FOTO

Federasiya prezidenti rəsmi şəxslərlə görüşüb-
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Argentina və Çili Respublikalarının Azərbaycanda rəsmi nümayəndələri ilə görüşlər keçirib.

Bu barədə İnform.az-a Federasiyanın Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov məlumat verib.

Məlumata görə, Federasiyanın ofisində Argentina Respublikasının Azərbaycandakı səfiri Sergio Perez Gunella və Çili Respublikasının səfirliyində Müvəqqəti İşlər vəkili Qabriel Xara ilə görüşlərdə, federasiya rəhbəri Azərbaycan idmanının dünyada tanınmasında, eləcə də ölkədə idmanın inkişafında dövlət dəstəyindən, xüsusilə dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının qayğısından danışıb. Federasiya rəhbəri Azərbaycan karateçilərinin uğurlarını qeyd edərək, dünya karate idmanında milli komandamızın xüsusi yeri olduğunu vurğulayıb.

Çili rəsmisi ilə görüşdə bu Cənubi Amerika ölkəsinin karateçilərinin iki dəfə müxtəlif illərdə ənənəvi "Baku Open" beynəlxalq turnirində iştirak etmələrini diqqətə çatdıran Y.Bəşirov, oktyabrın son günlərində paytaxt Santyaqo şəhərində Yeniyetmə və Gənclərin növbəti Dünya çempionatına hazırlıq işlərindən söz açıb. Hər iki rəsmi nümayəndə ilə söhbət zamanı federasiyalar səviyyəsində yoldaşlıq təlim-məşqləri və qarşılıqlı təcrübə mübadiləsi mövzularında danışıqlar gedib.

Ölkəmizin qonaqları səmimi görüşdən razı qaldıqlarını, fəaliyyətləri dövründə idman əlaqələrinin də möhkəmlənməsi istiqamətdində də dəstək verəcəklərini bildiriblər. Sonda Yaşar Bəşirov Qabriel Xara və Sergio Perez Gunellaya Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illiyi münasibətilə xatirə medallarını təqdim edib.

Federasiya prezidenti rəsmi şəxslərlə görüşüb-


Federasiya prezidenti rəsmi şəxslərlə görüşüb-



İnform.az

Baxış sayı: 108