Elm-təhsil
01.10.2019 / 18:15

Bakı Dövlət Universitetinin 100 illik yubileyi MDU-də qeyd edilib- FOTO

Bakı Dövlət Universitetinin 100 illik yubileyi  MDU-də qeyd edilib-
Mingəçevir Dövlət Universitetində (MDU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, tədbirdə BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun 100 illik yubileyinə həsr olunan növbəti tədbirin MDU-da keçirilməsinin professor-müəllim və tələbə heyəti üçün mühüm hadisə olduğunu bildirib.

Ş.Bayramov ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunan BDU-nun adının Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlı olduğunu, bu universitetin sonralar ölkəmizdə yaradılan digər ali təhsil müəssisələrinin formalaşmasında mühüm baza rolunu oynadığını qeyd edib.

O, BDU-nun milli ali təhsilimizin flaqmanı, çoxminli professor-müəllim heyətinin cəmləşdiyi elm məbədi və Azərbaycan ali təhsilinin ümumi mənzərəsini müəyyən edən aparıcı ali təhsil ocaqlarından biri olmasını diqqətə çatdırıb.

Ş.Bayramov Azərbaycan ali təhsilinin beynəlxalq ali təhsil məkanında layiqincə təmsil olunmasında BDU-nun müstəsna xidmətlərini qeyd edib və dünya universitetlərinin bir sıra reytinq siyahılarına ölkəmizdən yalnız bu universitetin daxil edildiyini bildirib.

O, Azərbaycan tarixində ilk dəfə olaraq BDU-nun 100 illik yubileyinin UNESCO-da qeyd olunmasının hər bir azərbaycanlıya və xüsusilə də təhsil işçisinə böyük qürur hissi yaşatdığını vurğulayıb.
Ş.Bayramov MDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi və bu universitetin Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsinə hədəflənən fəaliyyətdə digər tərəfdaşlarla yanaşı, BDU ilə əməkdaşlığa və bir əsrlik tarixi olan bu ali təhsil ocağının təcrübəsindən faydalanmağa xüsusi önəm verdiklərini qeyd edib.

O, BDU-nun 100 illik yubileyinə həsr olunan görüş çərçivəsində əsası qoyulan BDU-MDU əməkdaşlığının paytaxt və region universitetləri arasında əməkdaşlığın nümunəvi modelinə çevrilə biləcəyinə əminliyini bildirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev MDU-nun professor-müəllim və tələbə heyətini salamlayıb və tədbirin təşkili üçün universitet rəhbərliyinə təşəkkür edib.

Mingəçevir Dövlət Universitetinin fəaliyyət göstərdiyi illər ərzindəxalqımızın ziyalı təbəqəsinin formalaşmasında mühüm rol oynadığını, milli təhsil sisteminin və mənəvi tərbiyə formalarının yaradılmasında xüsusi xidmətlər göstərdiyini bildirən rektor Elçin Babayev ali təhsilin bütün səviyyələri üzrə kadr hazırığını həyata keçirən universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Son vaxtlar universitetin həyatında böyük canlanma müşahidə edildiyini bildirən rektor aparılan islahatların Mingəçevir Dövlət Universitetinin nüfuzunun daha da yüksələcəyinə, beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə yüksəkixtisaslı mütəxəs¬sis¬ hazırlığına təkan verəcəyinə və respublika əhəmiyyətli ali təhsil müəssisəsinə çevriləcəyinə inamını ifadə edib.

Tədbirdə çıxış edən BDU rektorunun müşaviri Əliş Ağamirzəyev iki universitet arasında əməkdaşlıq üçün potensial imkanların mövcudluğunu və bu istiqamətdə real işlərin həyata keçirilməsinə hazır olduqlarını bildirib.

Sonra BDU-nun məzunu, MDU-nun “İqtisadiyyat” kafedrasının müdiri Cəmilə Musayeva bakalavriat, magistratura və doktorantura təhsilini aldığı universitetdə keçirdiyi tələbəlik illərindən bəhs edib və 100 yaşı qeyd olunan universitetin professor-müəllim heyətinin onun karyera inkişafında mühüm rol oynadığını bildirib.

C.Musayeva məzunu olduğu BDU-nun hazırda fəaliyyət göstərdiyi MDU-da keçirilən yubiley tədbirində çıxış etmək imkanı əldə etməsindən fəxarət hissi keçirdiyini və belə bir universitin məzunu olması ilə qürur duyduğunu vurğulayıb.

Görüşün sonunda BDU ilə MDU arasında əməkdaşlıq haqqında Protokol imzalanıb. Sənəd iki universitet arasında tələbə mübadiləsi, kreditlərin tanınması, müəllimlərin ixtisaslarının artırılması, tədqiqat metodları üzrə təcrübə mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və digər sahələrdə qarşlıqlı faydalı real əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi  MDU-də qeyd edilib-


Bakı Dövlət Universitetinin 100 illik yubileyi  MDU-də qeyd edilib-


Bakı Dövlət Universitetinin 100 illik yubileyi  MDU-də qeyd edilib-


Bakı Dövlət Universitetinin 100 illik yubileyi  MDU-də qeyd edilib-


Bakı Dövlət Universitetinin 100 illik yubileyi  MDU-də qeyd edilib-


Bakı Dövlət Universitetinin 100 illik yubileyi  MDU-də qeyd edilib-



İnform.az

Baxış sayı: 95