Texnologiya
01.10.2019 / 20:35

Ölçüsü smartfondan kiçik FƏRDİ kondisioner hazırlanıb

Ölçüsü smartfondan kiçik FƏRDİ kondisioner hazırlanıb"Sony" şirkətinin mühəndisləri tərəfindən ölçüsü smartfondan kiçik olan fərdi kondisioner hazırlanıb.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki,Yapon şirkətinin əməkdaşları 85 qram ağırlığında olan yığcam daşınan kondisioneri “Reon Pocket” adlandırıblar. Qurğu köynəyin cibinə yerləşdirilərək insanı istidə sərinlədir, soyuqda isə qızdırır. Cihaz temperaturu 8-13 selsi dərəcə aşağı sala, yaxud yüksəldə bilir.

Qurğunun akkumulyatoru 1,5 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub və enerji ilə yüklənməsinə təxminən 2 saat vaxt tələb olunur.


İnform.az

Baxış sayı: 98