Mənim polisim, Hüquq
01.10.2019 / 01:35

Bağda döyülərək öldürülən şəxslə bağlı şübhəlilər saxlanıldılar- Bakıda

Bağda döyülərək öldürülən şəxslə bağlı şübhəlilər saxlanıldılar-Sentyabrın 28-də Bakı şəhər sakini Bağır Piriyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Xətai RPİ-nin 35-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə B.Piriyevin həmin gün saat 11 radələrində nəzarətçi işlədiyi MMC-lərdən birinə məxsus bağda Bakı şəhər sakinləri R.Ağayev və qardaşı K.Ağayev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən hər 2 şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.



İnform.az

Baxış sayı: 104