Baş xəbər, Dünya
01.10.2019 / 01:25

Qız ölümcül xərçəng xəstəsi olan sevgilisinə ərə getdi/ FOTO

Qız ölümcül xərçəng xəstəsi olan sevgilisinə ərə getdi/
Cütlük 10 illik münasibətlərini rəsmiləşdirib.

İnform.az bilge.az xəbər verir ki, İngiltərənin Akkrinqton şəhərinin sakini ölümcül xəstə olan sevgilisinə ərə gedib. Bu barədə yerli xəbər portalı olan "LancsLive" məlumat verib.

2016-cı ildə Den Kassidiyə leykemiya diaqnozu qoyulub. Gənc üzərində dializ proseduru aparılıb və qanı təmizlənib. Ancaq bir müddətdən sonra onda beyindaxili qanaxma baş verib. Həkimlər gənci dərhal süni komaya salıblar.

Həmçinin həkimlər həyati təhlükəsi olduğu üçün xərçəng xəstəliyinin müalicəsini dayandırmalı olublar. Kessidinin beyin əməliyyatı uğurlu alınıb, ona kök hüceyrələri köçürülüb, kimya terapiyası və radioterapiya aparılıb.

Kassidinin xəstəliyi zəifləmə mərhələsinə keçib. Xəstəxanadan buraxılandan sonra 26 yaşlı gənc sevgilisi Darsi Yanqa evlilik təklifi etmək qərarına gəlib. Cütlüyün 10 illik münasibətləri olub.

"Xəstəxanadan qayıtdıqdan sonra mən həyatın necə qısa olduğunu başa düşdüm", - Kassidi açıqlamasında deyib.

Kassidi sevgilisini nənəsi ilə babasının sevimli kafesinə aparıb, ona üzərində "Mənə ərə gələrsənmi?" yazılan şokolad qutusu hədiyyə edib. "15 yaşım olanda da o, mənə şokolad qutusu hədiyyə edərək, sevgili olmağı təklif etmişdi", - Darsi köhnə günləri xatırlayarkən deyib. Cütlük 2019-cu ilin noyabrında toy etmək qərarına gəliblər.

Amma bu ilin mart ayında Den Kassidinin xəstəliyi yenidən geri qayıdıb. Həkimlər ona yaşamaq üçün bir ildən də az vaxt veriblər. Sevgililər bu ağrılı xəbəri eşidəndə isə, toylarını tezləşdirmək qərarına gəliblər.

"Toy, yumşaq desəm, hədsiz duyğulu keçdi, - Darsi Yanqın rəfiqəsi olan Hezer Landon deyib: Bu, mənim həyatımdakı ən gözəl gün idi. Hər şey fantastik idi".

Darsi özü isə deyib ki, indi o, Denlə hər bir anın həzzini yaşayır və onlar verilən vaxtdan maksimum istifadə etməyə çalışırlar.

Qız ölümcül xərçəng xəstəsi olan sevgilisinə ərə getdi/


Qız ölümcül xərçəng xəstəsi olan sevgilisinə ərə getdi/


Qız ölümcül xərçəng xəstəsi olan sevgilisinə ərə getdi/


Qız ölümcül xərçəng xəstəsi olan sevgilisinə ərə getdi/


Qız ölümcül xərçəng xəstəsi olan sevgilisinə ərə getdi/



İnform.az

Baxış sayı: 109