Dünya
01.10.2019 / 00:44

“1 Mart”da Ermənistan ordusunun həyata keçirdiyi əməliyyatlar kimlərin adına yazılıb?- DETALLAR

“1 Mart”da Ermənistan ordusunun həyata keçirdiyi əməliyyatlar kimlərin adına yazılıb?-
İrəvan şəhərində 2008-ci ilin 1-2 mart tarixləri arasında baş verən hadisələrlə bağlı Ermənistan Xüsusi İstintaq xidmətində araşdırılan cinayət işinin ibtidai istintaqı zamanı əldə edilmiş kifayət qədər dəlil əsasında Ermənistanın sabiq polis rəisi Alik Sarkisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2 ci hissəsi, 314-cü maddəsinin 1-ci hissəsi və 334-cü maddəsinin 1-ci hissəsi üzrə ittiham irəli sürülüb.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq xidmətindən məlumat verilib.

“1 Mart”da Ermənistan ordusunun həyata keçirdiyi əməliyyatlar kimlərin adına yazılıb?-

Məlumatda qeyd olunur ki, irəli sürülən ittihama əsasən 2008-ci ilin 1-2 mart tarixləri arasında İrəvanda baş vermiş hadisələrdən sonra Avropa İnsan Haqları Məhkəməsində Ermənistan hökumətinin səlahiyyətli nümayəndəsi, eyni zamanda 2006-cı ilin 14 mart tarixindən etibarən Ermənistan Ədliyyə nazirinin müavini və 2008-ci ilin 2 iyul tarixindən etibarən Ermənistan prezidentinin köməkçisi olmuş Gevork Kostanyan və Ermənistan prezidentinin köməkçisi, 2008-ci ilin 2 iyul tarixindən isə Ermənistan polisinin rəis müavini Gevork Mheryan, Ermənistan prezidenti Robert Köçəryan tərəfindən digər şəxslərlə öncədən razılaşaraq, törətdikləri xüsusi ağır cinayətdə ittiham edilirlər.

“Konstitusiya quruluşunun dəyişdirilməsi alətləri və vasitələri, həmçinin cinayətlərin izləri 2008-ci ilin 1 mart tarixindən 2 mart tarixinə keçən gecə İrəvan şəhərində baş verən hadisələr zamanı polis tərəfindən həyata keçirilən qanunsuz fəaliyyətlərin və Silahlı Qüvvələrin anti-konstitusion olaraq istifadə edilməsi, o cümlədən, Silahlı Qüvvələrin əməkdaşları tərəfindən silahın qanunsuz tətbiqinin real detallarını gizlətməyə və Avropa İnsan Haqları Məhkəməsində, həmçinin digər beynəlxalq təşkilatlarda baş verənləri hüquqi cəhətdən gizlətmə yolu ilə qrup şəklində maraqlardan irəli gələrək, eyni zamanda şəxsən digər şəxslərlə də cinayət əməlinə əl ataraq öz rəsmi səlahiyyət mövqelərindən sui-istifadə ediblər.

Ermənistan polisinin bir qrup yüksək vəzifəli şəxsləri, o cümlədən 2008-ci ilin may ayının 29-dan etibarən Ermənistan polis rəisi Alik Sarkisyan həmin cinayət işi üzrə qeyd edilən vaxtda cinayət işinin icraatını həyata keçirən orqan vasitəsilə xüsusilə ağır cinayət törədilməsi hallarını öz göstəriş və əmrləri ilə vəzifəli şəxsləri rəsmi səlahiyyət mövqelərindən sui-istifadə etməyə, rəsmi saxtakarlığa yol verməyə və dəlilləri saxtalaşdırmağa məcbur etmə işini təşkil ediblər. Öz cinayətkar niyyətlərini həyata keçirmə məqsədi ilə Gevork Kostanyan və Gevork Mheryan 2008-ci ilin 29 may tarixindən 2 iyul tarixənədək olan müddətdə Ermənistan polis binasına gəliblər. Burada onların göstərişi ilə polis rəisi Alik Sarkisyan iş otağı yanındakı müşavirə otağında müşavirə keçirib. Müşavirədə polisin bütün xidmət rəisləri, “1 Mart” hadisəsi ilə əlaqə olan bütün vəzifəli şəxslər həmin hadisələrdə İrəvan şəhərində xidmət edən hər kəs iştirak edib. Müşavirə zamanı Gevork Kostanyan və Gevork Mheryan iştirakçılara “aydınlaşdırılacaq sualların işçi planı” təqdim edib. 25 bənddən ibarət suallar ardıcıllığı mart 1-2-də baş verən İrəvan hadisələrinə aid olub. Burada polisin həyata keçirdiyi bütün fəaliyyətlərin açıqlanması nəzərdə tutulub. Gevork Kostanyan və Gevork Mheryan müşavirə zamanı iştirakçılara qeyd olunan sualların ardıcıllığını xatırladaraq, tələb ediblər ki, köhnə tarixlə mart 1-2-də polis tərəfindən həyata keçirilən fəaliyyətlərin qanuniliyini əsaslandıran sənədlər hazırlayıb, işə salsınlar. Müşavirədən sonra polis rəisi Alik Sarkisyan və polisin bir sıra yüksək vəzifəli şəxsləri Gevork Kostanyan və Gevork Mheryan tərəfindən verilən göstərişin və tapşırıqların yerinə yetirilməsi üçün tədbirlər görüblər.

2008-ci ilin 1 mart tarixinə olan vəziyyətə uyğun polis rəisi Hayk Harutyunyan, polis rəisinin müavini Aleksandr Afyan, həmçinin Ermənistan polisinin Cinayət Axtarış Baş İdarəsinin rəisi Hayk Militonyan, onun müavini Hovhanes Tumanyan və polis qoşunlarının bir qrup əməkdaşları köhnə tarixlə saxta sənədlər və qeydləri özündə əks etdirən rəsmi sənədləri imzalayıblar. Bu sənədlər Ermənistan parlamenti tərəfindən 2008-ci il 16 iyun tarixli qərarı ilə yaradılmış 1-2 mart tarixlərində İrəvan şəhərində baş verən hadisələri araşdıran parlamentin müvəqqəti komissiyasına təqdim ediblər. Serj Sarkisyanın sərəncamı ilə yaradılan ekspertlərin fakt araşdırma qrupu və qeyd edilən hadisə ilə bağlı açılan cinayət işi üzrə icraatı həyata keçirən orqana həqiqətə uyğun olmayan informasiyalar veriblər. Cinayət işi üzrə icraatı həyata keçirən orqana isə təqdim edilən sənədlərin məzmununa həmahəng olan yalan ifadələr veriblər. Bundan başqa polis tərəfindən həyata keçirilən qeyd edilmiş hadisələrin qanuni olması təsəvvürünü yaratmaq, bu fəaliyyətləri guya qanuni olduğunu təqdim etmək məqsədi ilə polisin bir qrup əməkdaşları köhnə tarixlə 2008-ci ilin 29 fevral tarixli qeyd aparmaqla, yalan, həqiqətə uyğun olmayan məzmunlu rəsmi sənədlər tərtib edərək, imzalayıb və dövriyyəyə buraxıblar. Həmin sənədlərdə qeyd olunur ki, guya polisin müxtəlif bölmələrinə Azadlıq meydanında oturaq aksiyada iştirak edən şəxslərdə silah, hərbi sursat, partlayıcı qurğuların varlığı haqqında məlumat daxil olduğu təsəvvürü yaradıblar. Qeyd edilən hadisələr aşağıdakı kimi təşkil edilərək tərtib olunub.

Gevork Kostanyan və Gevork Mheryan Alik Sarkisyanın iş otağına gediblər. Onlar Azadlıq meydanından oturaq nümayişçilərin zorakılıqla çıxarılması, nümayişin dağıdılmasına yönəlmiş fəaliyyətlərə qanuni ölçü vermək məqsədi ilə polisin bir sıra yüksək vəzifəli şəxslərini köhnə tarixlə “əraziyə baxış” əməliyyat axtarış tədbirləri həyata keçirilməsi ilə bağlı sənəd tərtib etməyə məcbur ediblər. Daha sonra, xüsusilə polis rəisinin müavini Saşa Afyanın otağında guya 29 fevral 2008-ci il tarixli əməliyyat müşavirəsinin protokolu İrəvan şəhər polis idarəsinin rəisi Nerses Nazaryan tərəfindən 1 mart 2008-ci il tarixdə Teatr meydanında polisin əməliyyat xidmətləri tərəfindən axtarışın keçirilməsi zamanı ictimai asayişin qorunması tədbirləri haqqında planın təsdiqlənməsi, qüvvə və vasitələrin hesabatı, həmin dövrdə polisin digər bölmələrinin sayı haqqında arayış, polisin cinayət axtarış baş idarəsinin rəisi Hayk Militonyanın 29 fevral 2008-ci il qeydiyyat tarixli məruzə arayışı, polisin İrəvan şəhər idarəsinin rəisi Nerses Nazaryan tərəfindən polis rəisi Hayk Harutyunyana ünvanlanmış məruzəsi, ona bitişik 29 fevral 2008-ci il tarixli 5 nömrəli məruzəsi, polisin mütəşəkkil cinayətkarlığıa qarşı mübarizə baş idarəsinin rəisi Aşot Giziryan tərəfindən polis rəis Hayk Harutyunyana ünvanlanmış 29 fevral 2008-ci il tarixli məruzəsi, polis cinayət axtarış baş idarəsi rəisi Hayk Militonyan tərəfindən keçirilən ərazi axtarışı əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında 29 fevral 2008-ci il tarixi ilə qeydiyyata alınan qərarı, həmin idarənin birinci müavini Hovhanes Tamamyan tərəfindən ərazinin axtarışı əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Hayk Militonyanın 29 fevral 2008-ci il tarixi ilə qeydiyyata alınməış təqdim olunan vəsatəti ilə bağlı sənədlər saxtalaşdırılıb, tərtib olunaraq dövriyyəyə buraxılıb. Qeyd edilən bölmələrin əməkdaşları tərəfindən 29 fevral 2008-ci il qeydiyyat tarixi ilə həmçinin saxta raportlar tərtib edilib. Həmin raportlarda Azadlıq meydanında oturaq nümayişdə iştirak edən şəxslərin, silah, silah-sursat, partlayıcı qurğular, metal, taxta dəyənəklər və digər əşyaların varlığı və bunların polisə qarşı ehtimal edilən istifadəsinə dair məsələlər əks olunub.

Hələ 2008-ci il martın 1-də səhər tezdən Ermənistan MN SQ hərbi qulluqçularının respublika meydanına daşıyan “PN” dövlət nömrə nişanlı nəqliyyat vasitələri və SQ-nin “N” saylı hərbi hissəsinin toplama taborunun şəxsi heyətinin mövcudluğunun kameraya çəkilməsi, daha sonra sosial şəbəkələrdə yayılmasını nəzərə alaraq, Gevork Kostanyanın təkidi ilə həmin vaxtı gizlətmək üçün faktın araşdırılmasını həyata keçirdən orqan və fakt toplama qrupuna, polis rəisi Hayk Harutyunyan tərəfindən köhnə tarixlə 2008-ci il 22 fevral tarixində tərtib olunmuş və imzalanmış saxta məlumatları və qeydləri özündə əks etdirən 313-A əmrini göstərmək məsləhət görülüb. Həmin əmrə əsasən guya polis qoşunlarının qərargah rəisinin müavini, həmçinin özü əməliyyat şöbəsinin rəisi olan Artur Dastakovun rəhbərliyi ilə polisin 18 əməkdaşından ibarət qrup yaradılıb və həmin qrup polis qoşunlarının “N” saylı hərbi hissəsində yerləşdirilərək, həmin hərbi hissənin hərbi qulluqçularının mənəvi psixoloji vəziyyətinin və xidmətə qarşı münasibətinə nəzarət edib. Bu, 18 nəfərdən ibarət qrupun Artur Dastakovun rəhbərliyi altında əslində mövcud olmadığı bir şəraitdə saxtalaşdırılıb. Müdafiə Nazirliyinin dövlət qeydiyyat nişanları ilə nəqiliyyat vasitələrinin 2008-ci il 1 mart tarixi səhər tezdən respublika meydanında olması faktının gizlədilməsi məqsədi ilə araşdırmanı həyata keçirdən orqan və fakt toplama qrupuna saxta versiya təqdim edilib. Həmin versiyaya görə guya MN-in dövlət qeydiyyat nömrə nişanlı avtomobillərinin polis qoşunları “N” saylı hərbi hissəsinin şəxsi heyətini xidmət zamanı daşıdığı təsəvvürü yaradılıb. Bundan başqa Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin hərbi qulluqçularını respublika meydanına daşıyan MN-in nəqliyyat vasitələri və Silahlı Qüvvələrin “N” saylı toplama taborunun şəxsi heyətinin meydanda varlığını gizlətmək zərurəti ilə əlaqədar Müdafiə Nazirliyi və polis rəhbərliyi arasında saxta sənəd dövriyyəsi təşkil edilib və bəzi vəzifəli şəxslər tərəfindən cari cinayət işi üzrə saxta ifadələr verilib.

Bundan başqa 2008-ci il iyulun 2-dən sonra prezidentin köməkçisi Qevork Kostanyan və polis rəisinin müavini Qevork Mheryan 1-2 mart tarixlərində İrəvanda baş verən hadisələrdə silahlı qüvvələrin qanunsuz olaraq iştirakı, onlar tərəfindən qanunsuz olaraq silah tətbiqinin məqsədli şəkildə təşkil edildiyini və silahlı qüvvələrin iştirak etdiyini gizlətmək və təkzib etmək üçün polis qoşunları qərargah rəisi Qeğam Petrosyan da daxil olmaqla göstəriş veriblər. Silahlı qüvvələrin həyata keçirdiyi əməliyyatlar polis qoşunlarının adına yazılıb. Qeyd edilən hadisələrlə bağlı veriləcək ifadələrində silahlı qüvvələrin iştirak etdiyini gizlətməyə dair polis əməkdaşlarına zəruri təlimat verilib. Daha sonra bu işin təşkili məqsədilə dəfələrlə vəzifəli şəxslər arasında görüşlər baş tutub. Şəhərdə silahlı qüvvələrin silah tətbiqindən sonra atılan gilizlər mümkün qədər polisin balansında olan silahların gilizləri ilə əvəz edilib. Qeğam Petrosyana verilən tapşırığa əsasən istintaq qrupunun rəhbəri Vahaqn Harutyunyanla bu işlərin tənzimlənməsi üçün sıx əməkdaşlıq etmək həvalə edilib. Aparılan əməkdaşlıq nəticəsində əldə edilən 1000-dək orduya mənsub silahlardan açılmış atəş nəticəsində toplanan gilizləri polis qoşunlarının balansında olan eyni çaplı silah növlərinin gilizləri ilə dəyişdirilməsi işi təşkil edilib.

Sonda saxtalaşdırılmış dəlillər ekspertin 2008-ci il 29 dekabr 390 nömrəli rəyi ilə təsdiqlənib. Həmin saxtalaşdırılan sənəd cinayət materiallarına əlavə edilib və dövriyyəyə buraxılıb.

Daha sonra cinayət işinin istintaqını həyata keçirən müstəntiqlərə, hadisələrdə iştirak edən polis əməkdaşlarının ifadələrinin dəyişdirilməsi, silah tətbiq etdiklərinin saxtalaşdırılması yolu ilə silahlı qüvvələrin iştirak etdiyi və atəş açması məqamlarının gizlədilməsinə dair tapşırıq verilib.

Ermənistanın polis rəisi Alik Sarkisyan, Qevork Kostanyan və Qevork Mgeryanın təşkilatçılığı ilə və birbaşa göstərişləri, Köçəryanla öncədən əldə edilən razılaşmaya əsasən konstitusiya quruluşunun dəyişdirilməsi, 2008-ci il martın 1-də Azadlıq meydanında nümayişçilərin zorakılıqla çıxarılması, dağıdılmasına yönəlmiş polisin fəaliyyətinə qanuni şəkil verməyə və MN-in nəqliyyat vasitələrinin hərbi qulluqçuları şəhər meydanına daşımasını və “N” nömrəli hərbi hissənin yığma taborunun şəxsi heyətinin meydanda iştirak etməsi faktını gizlətmə məqsədilə polisin vəzifəli şəxsləri tərəfindən saxta məlumatlar və sənədlər tərtib edilməsi, bunların əsasında parlamentin müvafiq araşdırma komissiyası və fakt araşdırma ekspertlər qrupunun yazılı müraciətlərinə rəsmi cavablar verilməsi üçün qrup şəklində maraqlar naminə rəsmi saxtalaşdırma keçirməklə qeyd edilən saxta sənədləri təqdim ediblər.

Bununla da komissiyanın müxtəlif tarixlərdə edilən rəsmi müraciətlərinə saxtalaşdırılmış və bu saxtakarlığı əsaslandıran polis orqanları və əməkdaşlarının eyni şəkildə saxta məruzə və hesabatları təqdim edilib. Təqdim edilən saxta məlumatlar arasında polis rəisi Alik Sarkisyan tərəfindən təqdim edilən guya hadisələr zamanı polis əməkdaşlarının iz buraxan 5.45 mm çaplı 1405 ədəd döyüş mərmiləri istifadə etdiyi barədə məlumat da var.

Eyni zamanda guya hadisələr zamanı polis əməkdaşlarının tez bir zamanda hadisə yerinə daşınması üçün Ermənistan MN-in şəxsi heyəti üçün nəqliyyat vasitələrindən istifadə edildiyi haqqında da saxta məlumat təqdim edilib. Polis əməkdaşlarının saxta tərtib edilmiş sənədlərin tələblərinə uyğun ifadə verməsinə dair təlimatlandırılması işi də təşkil edilib.

Beləliklə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə Ermənistanın sabiq polis rəisi Alik Sarkisyana qarşı yaşayış yerini tərk etməmə haqqında qərar verilib. İbtidai istintaq davam edir.


İnform.az

Baxış sayı: 107