Baş xəbər, Sosial
01.10.2019 / 00:20

"Mənə elə gəlir ki, hələ biz məmurlara..."- Afaq Bəşirqızı /Video

"Mənə elə gəlir ki, hələ biz məmurlara..."-
"Cənab Prezidentin verdiyi sərəncamlardan sui-istifadə edən məmurlar var..."

İnform.az kult.az-a istinadən bildirir ki, bu sözləri İTV-nin efirində yayımlanan 3D proqramının qonağı olan xalq artisti Afaq Bəşirqızı deyib.

Aparıcı Dadaş Dadaşlinski A.Bəşirqızına bir müsahibəsində “Elə rejissorlar var ki, Prezidentin seriallara ayırdığı vəsaitdən mənimsəyib binanın bir mərtəbəsini alıb, aktyorlara isə pulu vermirlər və yaxud az verirlər” sözlərini dediyini xatırladıb. Xalq artisti sözlərini bir daha təsdiqləyib:

“Cənab Prezidentin verdiyi sərəncamlardan sui-istifadə edən məmurlar var, çox təəssüflər olsun ki, mart ayından bu yana verilən sərəncamlardan da yenə sui-istifadələr oldu. Yəni o faiz söhbətlərində yenə də həddən artıq böyük qeyri-qanuni işlər görüldü. Mənə elə gəlir ki, hələ biz məmurlara bunları tərgidə bilməyəcəyik. Çox təəssüflər olsun”.

A.Bəşirqızı qeyd edib ki, zəkada inqilab olmalıdır, mənliyini qorumalıdır...

Verilişin videosunu təqdim edirik:




İnform.az

Baxış sayı: 120