Dünya
01.10.2019 / 00:08

Polis tutuquşunu niyə həbs etdi?

Polis tutuquşunu niyə həbs etdi?
Niderlandda polis tutuquşunu həbs edib.

İnform.az "Report"-a istinadən bildirir ki, bu barədə "NL Times" informasiya portalı xəbər yayıb.

Qeyd edilir ki, hadisə Utrextedə baş verib. Tutuquşu mağaza oğurluğunda şübhəli bilinən kişi ilə birlikdə həbs olunub. Polisin tutuquşunu şahid adlandırmasına baxmayaraq, quş qəfəs olmadığına görə sahibi ilə birlikdə saxlanılıb.

Polis bu barədə özünün "Instagram" səhifəsində də yazıb. Fotoda tutuquşu ağ çörək tikəsi ilə birlikdədir. Tutuquşu cinayət işində şahid kimi tanınır.


İnform.az

Baxış sayı: 100