Mədəniyyət
01.10.2019 / 00:01

“Atam, anam və bir də mən” sənədli filminin təqdimatı keçiriləcək

“Atam, anam və bir də mən” sənədli filminin təqdimatı keçiriləcək
Bu gün (1 oktyabr) saat 19:00-da rejissor İntiqam Hacılının “Atam, anam bir də mən” qısametrajlı sənədli filminin nümayişi və müzakirəsi keçiriləcək.

İnform.az-ın xəbərinə görə, bu film rejissor İntiqam Hacılını sənədli kinoda ilk işidir. 32 dəqiqəlik film rejissorun ata, anası və özündən bəhs edir.

"Atam, anam, bir də mən" qısametrajlı sənədli filmi kəndə, ata-anasının yanına gedən rejissorun onları filmə çəkmək cəhdlərindən bəhs edir. Oğul ata-ananı, onların həyatını, anlamaq istəyir.

Filmin operator və montaj işi də rejossor İntiqam Hacılıya məxsusdur. Memuar Films prodakşnda istehsal olunan ekran əsərinin rəng və səs işini Habil Muğanlı tərəfindən görülüb. Filmin prodüseri Nilufər Hacılıdır.

Qeyd edək ki, İntiqam Hacılı 2018-ci ildə Marsel Beynəlxalq Film Festivalının əsas yarışma bölməsində iştirak edən “Qaranlıqadan reportaj” tammetrajlı bədii filmin prodüseridir. Bu, həmin festivalda iştirak edən ilk Azərbaycan filmi olub.

Nümayiş ADO Teatrında baş tutacaq.

Giriş sərbəstdir.


İnform.az

Baxış sayı: 94