Mədəniyyət
30.05.2019 / 01:30

“Xaç atası” filmində çəkilmiş aktyor vəfat etdi

“Xaç atası” filmində çəkilmiş aktyor vəfat etdi
“Xaç atası-2” və “Bryusterin milyonları” filmində çəkilmiş Karmine Karidi 86 yaşında vəfat etdi.

Bu barədə TMZ portalı aktyorun nümayəndəsinə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, aktyor Los-Ancelesdə klinikaların birində vəfat edib. O, komada idi.

Karmine Karidi “Xaç atası-2” və “Xaç atası-3” filmlərində oynadığı müxtəlif rollarla yadda qalıb.

O, filmin ikinci hissəsində Karmine Rozato, üçüncü hissəsində isə Çikaqo cinayətkar qrupunun başçısı Albert Volpenin rollarına çəkilib. Aktyor 60 illik karyerası dövründə 100-dən çox film və teleserialda rol alıb.


İnform.az

Baxış sayı: 240