Elm-təhsil
29.05.2019 / 16:15

Azərbaycan İlahiyyat İnstitutu Şirvanda abituriyentlərlə görüş təşkil edib/ FOTO

Azərbaycan İlahiyyat İnstitutu Şirvanda abituriyentlərlə görüş təşkil edib/
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

İnstitutun növbəti səfəri Şirvan rayonuna olub.

Aİİ-nin Mətbuat xidmətindən İnform.az-a vcerilən məlumata görə, öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.

Şirvan Gənclər Evində təşkil olunan görüşdə Şirvan Şəhər İcra Hakimiyyətiİctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Hüseynov Adəm çıxış edərək, ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına xüsusi diqqətindən, bu istiqamətdəhəyata keçirilən işlərdən danışıb.

Qeyd edib ki, gənclərimizə elm, bilik, təhsil verməklə yanaşı, milli dəyərləri onlara uşaq yaşlarından təlqin etməli, bu məsələdə ailənin və məktəbin rolunu gücləndirməliyik.

A.Hüseynovulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsilin davamlı inkişafına, istedadlı gənclərin yetişdirilməsinə yönəlmiş əsaslı tədbirlərin həyata keçirildiyini bildirib.

Aİİ rektoru Ceyhun Məmmədov İnstitutun məqsədləri, fəaliyyət istiqamətləri və hədəfləri barədə məlumat verib. Rektor İnstitutda maarifləndirmə işinə xüsusi əhəmiyyət verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, “dəyirmi masa”ların təşkil edildiyini söyləyib.

Bildirib ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi genişlənir və dünyada bu sahəyə xüsusi diqqət yetirilir. Ali tədris müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan C.Məmmədov dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını bildirib.

Təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin apardığı dövlət siyasətinin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

C.Məmmədov daha sonra deyib: “Bu gün qarşımızda bir vəzifə durur:yüksək mənəviyyatlı, savadlı və milli dəyərlərin daşıyıcısı olan vətənpərvər gənclər yetişdirməliyik. Gənc nəsli xalqımızın milli dəyərlərinə yad elementlərdən qorumalı, gənclərimizi xalqımızın adət-ənənələrinə, dövlətə və Vətənə sədaqət ruhunda tərbiyə etməliyik”.

İnstitutun İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər, ixtisaslar haqqında məlumat verib. Qeyd edib ki, Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətləri hökm sürür.

Tələbələrin daha yaxşı təhsil almaları üçün İnstitutda yaradılan şəraitdən söhbət açan fakültə dekanı ali təhsil ocağında tələbələrin bilikli, savadlı, intellektli, ən əsası, peşəkar mütəxəssis kimi yetişmələri istiqamətində görülən işlərdən danışıb.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib.

Qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini də nəzərə çatdırıb.

Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan İlahiyyat İnstitutu Şirvanda abituriyentlərlə görüş təşkil edib/


Azərbaycan İlahiyyat İnstitutu Şirvanda abituriyentlərlə görüş təşkil edib/



İnform.az

Baxış sayı: 56