Hüquq
29.05.2019 / 17:00

Şirvan sakinindən narkotik götürülüb/ FOTO

Şirvan sakinindən narkotik götürülüb/
Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İnform.az-a verilən məlumata görə,ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Nəriman Həşimov saxlanılıb.

Onun üzərinə baxış zamanı ümumi çəkisi 213,903 qram narkotik vasitə olan tiryək və çəkisi 70,573 qram olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Şirvan sakinindən narkotik götürülüb/



İnform.az

Baxış sayı: 70