Dünya
29.05.2019 / 21:30

Ərdoğanla Tramp “S-400” məsələsini müzakirə ediblər

Ərdoğanla Tramp “S-400” məsələsini müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

İnform.az “Report”-a istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqlar əsnasında R.T.Ərdoğan Rusiyadan almaq niyyətində olduqları “S-400” raket sistemlərilə bağlı ortaq işçi qrupu yaratmaq təklifini təkrar irəli sürüb.

Həmçinin Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altuna görə, tərəflər Yaponiyada keçiriləcək G-20 zirvə görüşündə də təkrar görüşmək barədə razılaşıblar.


İnform.az

Baxış sayı: 107