Diaspora Akademiyası
27.05.2019 / 08:00

28 may-Respublika günü Misirdə qeyd edilib/ FOTO

28 may-Respublika günü Misirdə qeyd edilib/
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin mərkəzində Respublika günü ilə bağlı tədbir keçirilib.

Bu barədə İnform.az-a Birlikdən məlumat verilib.

Tədbirdə, Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, Misirdə daimi yaşayan azərbaycanlılar, burada təhsil alan tələbələrimiz, diaspora mərkəzinin misirli və xarici tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən birliyin sədri tədqiqatçı – alim Seymur Nəsirov Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb.

O, 1918-ci il mayın 28-də Azərbaycan Xalqı müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaratdığını qeyd edib. Azərbaycan Xalq Cümhüriyyətinin tarixindən söhbət açan diaspora sədri xalqımıza qarşı tarix boyu dəfələrlə soyqırım törədildiyini bildirib.

Azərbaycanın bütün bölgələrində cünmüriyyətin qurunması yolunda xalqımızın işğalçılara qarşı göstərdiyi igidlikdən də söhbət açmışdır. S. Nəsirov xalqımızın igid övladlarının bütün dünyaya örnək olduğunu dəfələrlə ərəb mənbələrində və arxivlərdə rast gəldiyinidə qeyd edib.

Daha sonra tədbirdə çıxış edən diaspora sədrin müaveni Ceyhun Xəlilov bu cür tədbirlərin əhəmiyyətindən danışaraq, gənclərimizin sosial şəbəkələrdə daha fəal olmağa çağırıb.

Tədbirin sonunda iştirakçılara Azərbaycanın ləziz yeməklərindən ibarət iftar süfrəsi də təqdim olunub.

28 may-Respublika günü Misirdə qeyd edilib/


28 may-Respublika günü Misirdə qeyd edilib/



İnform.az

Baxış sayı: 106