Hüquq
25.05.2019 / 14:00

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Şəmkir RPŞ-yə ərizə ilə müraciət edən rayonun Yeniyol kənd sakini Rəhman Babayev kənd ərazisində ona məxsus “VAZ 2106”markalı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İnform.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Keçirilən tədbirlər nəticəsində vətəndaşa məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon Qaracəmirlikənd sakini 20 yaşlıAsiman Alıyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, A. Alıyev qaçırdığı avtomobildən 300 manat nağd pulu və 4 ədəd səsgücləndiriciləri də götürüb satmaq üçün rayonun Təzəkənd ərazisində gizlədib.

Fakla bağlı araşdırmalar davam etdirilir.


İnform.az


Baxış sayı: 70