İdman
25.05.2019 / 16:00

Elçin Əsədov sülh yarışından “5” aldı

Elçin Əsədov sülh yarışından “5” aldı
Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Sülh uğrunda Horizon Park” yarışı keçirilib.

AzVF-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, veloturda Azərbaycanın Elit yığmasının üzvü – Ukraynanın “Lviv” kontinental klubunun velosipedçisi Elçin Əsədov da iştirak edib.

145 km məsafəni 3 saat, 38 dəqiqəyə qət edən Elçin finiş xəttini 7-ci keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 5 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu “Lviv” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib.


İnform.az

Baxış sayı: 61