Dünya
26.05.2019 / 23:38

Həkimə Əhmədinin vəziyyəti ağırlaşıb

Həkimə Əhmədinin vəziyyəti ağırlaşıb
İranın Marağa zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi 15 gündür aclıq aksiyası keçirir.

İnform.az axar.az-a istinadən xəbər verir ki, aclıq aksiyası nəticəsində fəalın qaraciyərinin sıradan çıxdığı, vəziyyətinin ağır olduğu bildirilib.

Yaxınları onun həbsxanada işgəncə gördüyünü deyiblər.

Qeyd edək ki, Həkimə Əhmədi ötən il oktyabr ayında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.


İnform.az

Baxış sayı: 102