Sağlamlıq
21.05.2019 / 17:40

Avropa İttifaqının nümayəndələri Mingəçevirdə Tvininq layihəsinin nəticələri ilə tanış olublar/ FOTO

Avropa İttifaqının nümayəndələri Mingəçevirdə Tvininq layihəsinin nəticələri ilə tanış olublar/
Mayın 21-də "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş Avropa İttifaqı (Aİ) günləri çərçivəsində ittifaqın nümayəndələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında olublar.

Agentliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, nümayəndələr icbari tibbi sığortanın (İTS) pilot layihə şəklində tətbiq edildiyi tibb müəssisəsinin fəaliyyəti və Aİ-nin maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin nəticələri ilə tanış olublar.

Tədbirdə Aİ-ninAzərbaycandakı nümayəndəliyinin rəhbəri KestutisYankauskas, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik)əməkdaşı Nurlan Məmmədov, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov, tvininq layihəsininnümayəndə heyəti və beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən KestutisYankauskas qeyd edib ki, səhiyyə insan kapitalının inkişafına sərmayə qoyuluşu üçün çox vacib bir sahədir:“Bu istiqamətdə AzərbaycandaİTS-nin tətbiqi üzrə pilot layihə həyata keçirilir.Aİ isə tvininq layihəsi çərçivəsində mütəxəssisdəstəyini təmin edir.

Pilot ərazilərdə Fransa, Litva və Estoniya mütəxəssisləri işləyib, İTS-nin müxtəlif modellərini təqdim edirlər ki, Azərbaycan onlardan özü üçün daha münasibini seçə bilsin.

Tvininq layihəsinin nəticələri onu göstərdi ki, İTS-nin tətbiqi Azərbaycanın bütün vətəndaşları üçün genişləndirilməlidir”.

Agentliyin əməkdaşı Nurlan Məmmədov isə bildirib ki, layihə çərçivəsində Azərbaycanda İTS-nin ölkə üzrə tətbiqinin layihələndirilməsi və maliyyələşdirilməsi modelinin işlənilməsi, baza zərfinin təkmilləşdirilməsi, tibb təchizatçıları ilə müqavilələrin bağlanılması,informasiya texnologiyalarının inkişafı ilə bağlı verilən tövsiyə və təkliflər pilot layihənin tətbiqində böyük rol oynayıb.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov tibb müəssisəsinin fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib. O bildirib ki, İTS-nin tətbiqindənsonra tibb müəssisəsinin maddi-texniki bazası yaxşılaşdırılıb, kadr potensialı gücləndirilib.

“ExpertiseFrance”-ın nümayəndəsi Andrey Tretyak layihənin uğurlu tətbiqindən, İTS-nin əhalinin sağlamlığının qorunmasındaoynadığı roldan danışıb. Onun fikrincə,İTS-nintətbiqi Azərbaycanın iqtisadi artımına öz töhfəsini verəcək.

Tvininq layihəsinin rezident müşaviri QediminasÇerniauskas2017-2018-ci illərdə İTS-nin tətbiq edildiyi pilot ərazilərdə müsbət nəticələr əldə edildiyini, səhiyyə işçilərinin əməkhaqlarının artdığını və cərrahi əməliyyatlarla bağlı əhalinin maliyyə yükünün əhəmiyyətli dərəcədə azaldığınıiştirakçıların diqqətinə çatdırıb.

Qeyd edək ki, Aİ-nin maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsi Agentlik vəFransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birgə 2017-ci ilin avqust ayından etibarən icra edilir.

Avropa İttifaqının nümayəndələri Mingəçevirdə Tvininq layihəsinin nəticələri ilə tanış olublar/



İnform.az

Baxış sayı: 72