Elm-təhsil
21.05.2019 / 18:00

NDU-da ümumuniversitet elmi konfransı keçirilib/ FOTO

NDU-da ümumuniversitet elmi konfransı keçirilib/
Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş ümumuniversitet elmi konfransı keçirilib.

NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Tələbə Elmi Cəmiyyətinin tələbə və magistrantların elm sahəsinə olan maraq dairəsini genişləndirmək, konfranslarda iştirakını təmin etmək üçün yaradılan təşkilat olduğunu vurğulayıb.

Qeyd olunub ki, Tələbə Elmi Cəmiyyətinin məqsədi tələbə və magistrantları elm sahəsinə cəlb etmək, onların bu sahə ilə bağlı istedadlarını üzə çıxarmaq, konfranslarda iştiraklarını təminetməkdən ibarətdir.

Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılovtələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda seminarlar təşkil olunduğunu bildirib.

TEC-də potensialı yüksək və elmi araşdırmalara marağı olan tələbələrin aşkar edilib elmi aktivliyə cəlb olunması əsas məqsədlərdən biri olduğu qeyd edilib.

“Tələbə Elmi Cəmiyyətinin qarşıda duran vəzifələr” mövzusunda çıxış edən universitet TEC-in sədri, riyaziyyat vəinformatika müəllimliyi ixtisasının IV kurs tələbəsi Bətulə Əlizadətələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini TEC-in yerinə yetirdiyini bildirib.

Nəzərə çatdırılıb ki, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır.

Müalicə işi üzrə IV kurs tələbəsi Nəcməddin Kərimov mövzusunda qan qrupu uyğunsuzluğu nəticəsində doğulan uşaqlarda ortaya çıxan fəsadlardan və onların aradan qaldırılmasından bəhs edib.
Sonda fakültələr üzrə fəaliyyət göstərən TEC sədrlərinə vəsiqələr təqdim olunub.

NDU-da ümumuniversitet elmi konfransı keçirilib/


NDU-da ümumuniversitet elmi konfransı keçirilib/



İnform.az

Baxış sayı: 83