Hüquq
21.05.2019 / 19:00

Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb/ FOTO

Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb/
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında 20 Yanvar küçəsində yerləşən mağazadan oğurluq edilməsinin qarşısı alınıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, xüsusi texniki vasitələrlə qorunan obyekdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman oranın qapısının sındırıldığı müəyyən edilib. Polis əməkdaşları hadisə yerinə daxil olan zaman əlində kəsici alət olan bir nəfəri mağazadan oğurluq etmək istəyənzaman saxlamağa nail olublar.

Ərazi üzrə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə aparılan həmin şəxsin yetkinlik yaşına çatmayan S.P olduğu müəyyən edilib.

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda müxtəlif vaxtlarda 1 avtomobildən, dərzi sexi, gözəllik salonu və daha bir mağazadan pul, həmçinin mobil telefonlar oğurladığı müəyyən edilib. Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinin xidmətlərinə etibar edərək onlara müqavilə bağlayan fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formaları 24 saat etibarlı şəkildə qorunur.

Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb/


Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb/


Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb/


Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb/


Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb/



İnform.az

Baxış sayı: 87