Dünya
10.05.2019 / 02:05

Ermənistan parlamentinin əməkdaşı intihar edib

Ermənistan parlamentinin əməkdaşı intihar edib
Ermənistan parlamentinin məktublar şöbəsinin baş əməkdaşı 46 yaşlı N.A-nın cəsədi yaşadığı mənzildə tapılıb. Qadın mənzilində özünü asaraq intihar edib.

İnform.az oxu.az-a istinadən bildirir ki, bu barədə Shamshyan.com məlumat yayıb.

Mayın 7-də saat 20:00 radələrində Ermənistanın Fövqəladə Hallar Xidmətinə paytaxtın Arabkir rayonunda, mənzillərdən birində yaşayan qadından xəbər alınmaması barədə qonşularından məlumat daxil olub. Hadisə yerinə cəlb olunan xilasedicilər qapını qıraraq açıb və orda parlamentin əməkdaşının meyitini aşkarlayıblar.

Hadisə ilə bağlı araşdırmalar gedir.


İnform.az

Baxış sayı: 37