Maqazin
01.08.2015 / 10:48

Məşhur əlcək 20 min dollara

Məşhur əlcək 20 min dollara

Dünyaca məşhur ifaçı Maykl Ceksonun əfsanəvi əlcəyi ABŞ-da keçirilən hərracda satışa çıxarılıb.

Mərhum ulduzun ağ, üzəri büllur və başqa dəyərli qaşlarla bəzədilən, yalnız sağ əlinə taxdığı dəri əlcəyinin ilkin qiyməti 20 min dollar olub. O, hərracda 64 min dollara satılıb.

Qeyd edək ki, Maykl Cekson müsahibələrinin birində yalnız bir əlcək taxmasının səbəbini belə açıqlamışdı: "Niyə bir əlcək? Bu bir neçə əlcəkdən daha səviyyəlidir".

Cekson ölümündən əvvəl məşhur əlcəyini özəl rəssamı Pol Bedarduya hədiyyə etmişdi.


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 355