Elm-təhsil
06.04.2019 / 01:40

Ali təhsil ocağında mühazirə təşkil olunub/ FOTO

Ali təhsil ocağında mühazirə təşkil olunub/
Naxçıvan Dövlət Universitetinin İqtisad və Beynəlxalq münasibətlər və xarici dillər fakültələrində İqtisadi islahatlar elmi – tədqiqatlar institutundan dəvət olunmuş mütəxəssis Gövhər Vəliyeva tərəfindən Azərbaycan və ingilis dillərində mühazirə keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bu cür mühazirələrin təşkilinin artıq universitetdə ənənəvi hal aldığını vurğulayıb.

İki gün davam edən mühazirəninbirinci günüuniversitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələrinin iştirakı ilə “İqlim dəyişikliyi haqqında məlumat: iqlim dəyişikliyinin əsas konseptləri və həll yolları” mövzusu ingilis dilində keçirilib və mövzu ətrafında müzakirələr aparılıb.

Eyni gün mövzu İqtisad fakültəsinin birinci kurs tələbələrininiştirakı ilə Azərbaycan dilində müzakirə olunub.

Qeyd olunub ki, iqlim dəyişikliyi sərhəd tanımayan qlobal problemdir. Bir yerdə baş verən emissiya istənilən yerdə yaşayan insanlara təsir göstərir. Nəzərə çatdırılıb ki, bu məsələ, beynəlxalq səviyyədə əlaqələndirilməli tədbirlər tələb edən bir məsələdir və eyni zamanda inkişaf etməkdə olan ölkələrin az karbonlu iqtisadiyyata keçmələrinə kömək etmək üçün beynəlxalq əməkdaşlıq tələb olunur.

“Davamlı inkişaf məqsədləri haqqında ümumi anlayış” mövzusundan bəhs olunan mühazirəninikinci günü universitetin İqtisad fakültəsinin ikinci kurs tələbələri iştirak edib. Bildirilib ki, “Qlobal Məqsədlər” kimi də tanınan Dayanıqlı İnkişaf Məqsədləri minilliyin İnkişaf Məqsədlərinin əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir.

Vurğulanıb ki, Dayanıqlı İnkişaf Məqsədləri təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir.

Ali təhsil ocağında mühazirə təşkil olunub/



İnform.az

Baxış sayı: 74