Elm-təhsil
05.04.2019 / 16:25

Turizm təhsilinin gələcək karyeraya təsiri/ FOTO

Turizm təhsilinin gələcək karyeraya təsiri/
ATMU-nun “Karyera və kommunikasiya” şöbəsinin təşəbbüsü vətəşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin,eyni zamanda Avstriya-Azərbaycan Turizm Proqramının (AATP) məzunu, “Azərbaycan Turizm Forumu”nun təsisçisi, “Winter Park Baku” Hotelinin meneceri Həvva Səfərovanın “Turizm təhsilinin gələcək karyeraya təsiri” mövzusunda təlim-təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Ali təhsil müəssisəsinin “Turizm və otelçilik” ixtisasında təhsil alan tələbələriüçün nəzərdə tutulan tədbirdə H.Səfərova turizm təhsilinin üstünlükləri, bu sahədə təhsil alan tələbələrin gələcək karyeralarında onun tətbiqi, həmçinin uğurlu karyera qurmaq üçün hansı nüanslara diqqət edilməsi suallarına detallı şərh verib.

“Turizm təhsilinin gələcək karyeraya təsiri”mövzusuna dair tədbir geniş fikir mübadiləsi şəraitində başa çatıb.

Turizm təhsilinin gələcək karyeraya təsiri/


Turizm təhsilinin gələcək karyeraya təsiri/



İnform.az

Baxış sayı: 64