Diaspora Akademiyası
05.04.2019 / 16:00

Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/ FOTO

Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/
Aprel ayının 2-də, Moldova Respublikasının paytaxtı Kişinev şəhərində fəaliyyət göstərən İspan-rumın liseyində böyük tərkibdə “Mədəniyyətlərarası dialoq və Azərbaycan-İspaniya-Moldova əlaqələri” adlı tədbir keçirilib.

İnform.az-ın məlumatına görə,tədbir Azərbaycan lobbiçilik məktəbinə daim dəstək vermək məqsədilə müxtəlif səpkidə beynəlxalq layihələri gerçəkləşdirən politoloq Mahir Qurbanov və jurnalist Mətanət Qarabağlı, və Moldova ispan-rumın liseyi olan Miguel de Cervantes Saavedra ilə birgə əməkdaşlıq əsasında həyata keçirilib.

Eyni zamanda, Sputnik Tv Moldovada Azərbaycanla baglı geniş tərkibdə söhbət aparılıb.

Layihənin həyata keçirilməsində məqsəd- Moldovada yaşayan ispan dilli cəmiyyətə və ispan dilli moldova gənclərinə, o cümlədən ispan dilli ölkələrin Moldovada akkreditə olmuş diplomatik korpuslarına ispan dilində Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti haqqında düzgün məlumatlar vermək, eləcə də Qarabağ və Xocalı soyqırım həqiqətlərini bu icmaya çatdırmaqdı.

Tədbir Azərbaycan və Moldova Respublikalarının dövlət himnlərilə başlayıb.

Sonra isə tədbiri giriş sözü ilə açan Miguel de Cervates Saavedra-nın direktoru Rodica Postu, Moldova-Azərbaycan dostluq əlaqələri haqqında məlumat verib.

Layihənın Azərbaycan üzrə rəhbəri Mahir Qurbanov ümumilli lider Heydər Əliyevin bütün azərbaycanlılara miras qoyduğu müstəqil Azərbaycanımız və Heydər Əliyevin azərbaycançılıq siyasəti, eləcə də, Qarabağ həqiqətləri və Azərbaycanda son illərdə aparılan iqtisadi inkişaf haqqında da məruzə edib.

Tədbir zamanı Azərbaycanın inkişafda olan turizm, jurnalistika, təhsil və digər sahələrdəki uğurlardan danışan, layihə koordinatoru Mətanət Qarabağlı belə tədbirlərin keçirilməsinin önəmindən bəhs edib.

İspaniya-Azəbaycan əlaqələrinin inkişaf prosesi haqqında söz açan AECİD programının ispan müəllimi Guillermo Penades Rubio İspaniyada təhsil imkanları və tələbə mübadilə programları haqqında məlumat verib.

O cümlədən, məruzə ətrafında çıxış edən, liseyin ispan dili muəllimi Leonid Coval Azərbaycanın Qafqazda vacib ölkə olduğunu qeyd edib.

Sonra Azərbaycanla bağlı video çarx nümayiş etdirilib və ölkəmizdə fəaliyyət göstərəcək Fran Rivera və Miguel de Cervantes Saavedra arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tədbir lisey tələbələrin hazırladığı konsert proqramı ilə davam edib, xatirə şəkli çəkilib.

Sonda isə qonaqların şərəfinə ziyafət verilib.

Aprel ayının 4- də isə Azərbaycan lobbiçilik fəalları Mahir Qurbanov və Mətanət Qarabağlı Moldova Respublikasının Parlamentində yerli millət vəkillərilə müxtəlif səpkidə görüşlər keçiriblər.

Moldovalı deputat Lilian Carp azərbaycandan gələn qonaqları Parlament ilə tanış edib.

Səfərin son günlərində isə Moldovada yaşayan fəal azərbaycan diasporası ilə görüşlər keçirilib.

Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/


Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/


Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/


Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/


Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/


Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/


Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/


Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/


Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/[/center

[center]Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/


Azərbaycan lobbiçiliyinin inkişafı üçün daha bir addım/



İnform.az

Baxış sayı: 206