Maqazin
01.08.2015 / 10:47

"Anamsız ad günü keçirməyim çətindir"

"Anamsız ad günü keçirməyim çətindir"

Bu gün Türkiyənin tanınmış müğənnisi Sibel Can doğum günüdür. İfaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Bu gün mənim ad günümdür. Mənimlə eyni gündə rəhmətlik anam da dünyaya gəlmişdi. Bu gün onun da ad günüdür. Ad günümüzü illərlə birlikdə keçirtdik. O, dünyasını dəyişəndən sonra mənim üçün hər əskik olub. Hər il olduğu kimi yenə də hər zaman olduğu kimi oğlanlarım və qızım saat 12-ni keçən kimi məni təbrik etdilər və çiçəklər bağışladılar. Mən sizi çox sevirəm övladlarım”.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 398