Dünya
01.04.2019 / 14:15

İranın şərqində 1 tonadək narkotik aşkarlanıb

İranın şərqində 1 tonadək narkotik aşkarlanıbİranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı və Cənubi Xorasan vilayətlərinin sərhədçiləri 1 tona yaxın narkotik maddə aşkarlayıblar.

İnform.az
Trend-in məlumatına istinadən bildirir ki, bunu İranın Rəzəvi Xorasanı sərhəd xidmətinin rəisi Maşallah Cannesar deyib.

M.Cannesarın sözlərinə görə, əməliyyat nəticəsində 943 kq tiryək, 46 kq həşiş və bir ədəd ov silahı aşkarlanaraq götürülüb.

İranın Rəzəvi Xorasanı vilayəti Türkmənistan və Əfqanıstan, Cənubi Xorasan vilayəti isə Əfqanıstanla sərhəddə yerləşir.


İnform.az

Baxış sayı: 94