Hüquq
01.04.2019 / 11:30

Ağac kəsən şəxs cəzalandırılıb

Ağac kəsən şəxs cəzalandırılıbEkologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu Kələdəhnə yaşayış massivində köküstə yaş 8-40 sm diametrliyində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Astara şəhər sakini Mahir Məmmədovtərəfindən kəsildiyi və təbiətə 9080manat məbləğində ziyan dəydiyimüəyyən olunub.

Faktla bağlı təqsirkar şəxs barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymətverilməsi və təqsirkar barəsindəqanunamüvafiq tədbirlərin görülməsi üçün Astara rayon Prokurorluğuna göndərilib.


İnform.az

Baxış sayı: 64