Dünya
01.04.2019 / 02:00

Timoşenko "eksit-poll"un nəticələrini tanımadı

Timoşenko "eksit-poll"un nəticələrini tanımadıUkrayna prezident seçkilərində namizəd Yuliya Timoşenko seçilərin ikinci turuna hazırkı dövlət başçısı Pyotr Poroşenkonun deyil, məhz onun çıxdığını elan edib.

İnform.az publika.az-a istinadən xəbər verir ki, Timoşenko bu haqda “eksit-poll”un nəticələrinin açıqlanmasından sonra brifinqdə bildirib.

“Batkivşina” Partiyasının lideri və keçmiş baş nazirin sözlərinə görə, partiyada əmindir ki, sorğuların nəticələri həqiqətə uyğun deyil. Siyasətçi hesab edir ki, “eksit-poll” sifarişli manipulyasiyadır.

O əlavə edib ki, seçkilərin birinci turunun nəticələrinə etiraz edəcəyini istisna etmir.

Qeyd edək ki, “ekzit-poll”in nəticələrinə görə, Vladimir Zelenskiy 30,4, Pyotr Poroşenko 17,8, Yuliya Timoşenko isə 14,2 faiz səs toplayıb. Bu isə ilk iki namizədin seçkilərin ikinci tura keçməsi deməkdir.


İnform.az

Baxış sayı: 121