Baş xəbər, Siyasət
15.03.2019 / 13:00

Niyazi Bayramov VII Qlobal Bakı Forumda iştirak edir/

Niyazi Bayramov VII Qlobal Bakı Forumda iştirak edir/
Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.

Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir.

Bu barədə İnform.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

“Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar

Artıq ənənəvi mötəbər tədbirə çevrilən Qlobal Bakı Forumda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və millət vəkili Naqif Həmzəyev də iştirak edirlər.

Niyazi Bayramov və Naqif Həmzəyev Forum çərçivəsində qonaqlarla görüşüb, ölkələrimiz arasında dostluq münasibətlərindən dünyada sülhə, anlaşmaya istiqamətlənən VII Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıblar.

Söhbət əsnasında ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından vacib əhəmiyyət daşıyan Forumun beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib platforma olduğu diqqətə çatdırılıb.

Forum iştirakçıları beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycanın VII Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi etdiyini qeyd edib, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığlarını bildiriblər.

Niyazi Bayramov VII Qlobal Bakı Forumda iştirak edir/


Niyazi Bayramov VII Qlobal Bakı Forumda iştirak edir/



İnform.az

Baxış sayı: 70