Din
15.03.2019 / 12:45

“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib/ FOTO

 “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib/
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Xanbulan qəsəbə tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, məktəbin direktoru Mərziyə Əliyeva, müəllimlər və şagirdlər iştirak edib.

İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mərziyə Əliyeva çıxışında mövzunun aktuallığı ilə bağlı fikirlərini bildirərək keçirilən maarifləndirici tədbirlərin gənclərin mənəvi-əxlaqi tərbiyəsinin formalaşmasındakı rolundan danışıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında xalqımızın çoxəsrlik milli-mənəvi dəyərləri haqqında danışıb. Q.Məmmədov dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini vurğulayıb.

Q.Məmmədov qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında bildirib ki, bu gün Azərbaycan müasir, inkişaf edən dövlət olmaqla yanaşı, həm də öz köklərinə sıx bağlı olan ölkədir.Natiq ölkəmizdə mövcud olan yüksək tolerantlıq ənənələrinin məhz bizim mənəvi dəyərlərimizdən qaynaqlandığını qeyd edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib/


 “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib/


 “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib/


 “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib/



İnform.az


Baxış sayı: 74